Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Qar cənub bölgəsini qazsız, işıqsız qoyub

Yanvar ayının 30-dan başlayan qar ölkənin belə bir duruma hazır olmadığını bir daha üzə çıxardı. İstər paytaxt Bakıda, istərsə də əyalətlərdə qarın yaratdığı ciddi problemlər, o cümlədən kommunal problemlər qalmaqdadır. Xüsusilə bu, nəzarətdən bir qədər kənarda olan regionlarda müşahidə olunur.

Lerikə yağan qarın gətirdiyi fəsadlarla bağlı Deyerler.Org-a açıqlama verən Fövqəladə Hallar Komissiyasının (FHN) sədri Habil Məlikov bildirib ki, rayon ərazisində 50 sm qar var: “Qar yağan günü rayon ərazisində qaz xəttində problemlər yaranmışdı. 50-yə yaxın kənddə də işıq olmadı. Yaranan problemləri elə həmin gün aradan qaldırdıq. İndi bütün rayon ərazisində işıq və qaz təminatı bərpa olunub. Bizim əsas bir magistral yolumuz var ki, o da Lerik-Lənkəran yoludur. O həmişə açıqdır. Maşınların hərəkəti üçün şərait yaradılıb. Maşınlar hərəkət edir. Amma qar yağmaqda davam edir. Rayon ərazisində 50 sm qar var. Konkret müraciətlər olanda isə həmin ərazilərə gedilir və yerli bələdiyyələrə tapşırıqlar verilir. Onu da qeyd edim ki, yollarda yalnız Uaz, Niva və bu kimi maşınlar hərkət edə bilir”.

Astarada da qarın gətirdiyi problemlər qalmaqdadır. Belə ki, Astara rayonunda sakinlərin Deyerler.org-a verdiyi məlumatlar əsasən, ciddi problemlər nəzərə çarpmasa da əhalinin gediş-gəlişində problemlər müşahidə olunub. Qar kənd təsərrüfatı sahəsinə də müəyyən ziyanlar vurub. Bəzi kəndlərdə işıqların verilməsində fasilələr yaranıb. Amma elə həmin günlərdə də problemin həlli istiqamətində müəyyən işlər görülüb. Dağlıq hissələrdə maşınların gediş-gəlişi mümkünsüzləşib.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Ru