Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Moskva məktəbində silahlı insident

Moskvada məktəb şagirdlərini girov götürmüş silahlı şəxs zərərsizləşdirilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Andrey Pilipçuk bildirib.
“Kommersant”ın verdiyi məlumata görə, bu, həmin məktəbin XI sinif şagirdi Sergey Qordeyevdir.
***
13:15
Silahlı şəxsin məktəbin təhlükəsizlik xidmətinin əməkdaşını silahla hədələyərək içəri daxil olduğu bildirilir. Təhlükəsizlik Xidmətinin əməkdaşı hadisə yerinə polisləri çağırıb. Bu zaman silahlı şəxs məktəbin pəncərəsindən polislərə atəş açmağa başlayıb. Andrey Pilipçukun sözlərinə görə, Otradnı küçəsində yerləşən 263 saylı orta məktəbə daxil olan silahlı şəxs hadisə yerinə gələn iki polis əməkdaşından birini öldürüb, digərini isə yaralayıb.
“Hazırda məktəbin ərazisinə polis qüvvələri cəlb olunub. Məktəbin binasından şagird və müəllimlər təxliyyə olunublar. Silahlı şəxsin daxil olduğu sinif otağında bir müəllimi də öldürüb”.
Qeyd edək ki, Moskvada məktəbdə girov götürülən şagirdlər də azad olunub.
Məktəbdə atəş açmış şəxsin yuxarı sinif şagirdi olduğu bildirilir./apa/
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi