Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Bakıda yaşlı qadın özünü binadan atmaq istədi - (Fotolar)

Bakının Nizami rayonunda intihar etməyə cəhd edən yaşlı qadın xilas edilib.

Metronun “Neftçilər “ stansiyası yaxınlığında, R.Rüstəmov 25 ünvanında yaşlı qadın yaşadığı 5 mərtəbəli binanın pəncərəsinə çıxaraq intihara cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq yaşlı qadını xilas ediblər.

Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.


1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi