Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Zərif: "İran Amerikaya etibar etmir"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-ın əsas məqsədi ölkəsinin nüvə proqramını tamamilə dayandırmasına nail olmaqdır. İran mətbuatının məlumatına görə, Cavad Zərif Amerikanın bu istəyini xəyal adlandırıb: "ABŞ İranı nüvə proqramını dayandırmağa sövq etmək istəyir. İranın Amerikaya etibarı yoxdur. Həmin etibar bərpa olunsa iki dövlət arasında normal əlaqələrə sahib olmaq mümkündür. İranın sanksiyalara görə müzakirələrdə iştirak etdiyini təsəvvür edənlər böyük səhvə yol verirlər. Çünki, sanksiyaların başlanğıcında İranın yalnız 200 sentrifuqası var idi. Amma, bu gün 10 il davam edən sanksiyadan sonra İran 19 min sentrifuqaya sahibdir. İranda nüvə elmi artıq doğmalaşıb".
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36