Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Ruslar dünyanın ən böyük raketini düzəldəcək

Roskosmos Yerin orbitinə 150 tona qədər yük qaldıra biləcək daşıyıcı raket hazırlamaq niyyətindədir.

Roskosmosun rəhbəri Oleq Ostapenko yaxın zamanlarda fəzaya 80 tona qədər faydalı yük çıxara biləcək raketin hazırlanmaqda olduğunu bəyan edib.

Lakin bu ilk versiyadır. Gələcək planlarda yükqaldırma gücünün 150 tona qədər artırılması nəzərdə tutulur.

Ağır çəkili raketlərə olan ehtiyac ildən-ilə daha artır. Çünki yaxın gələcəkdə Aya uçuşların və Marsa ekspedisiyaların bərpa olunması gözlənilir. Kosmik gəminin Günəş sisteminə səyahət edə bilməsi üçün ağır yük qaldırma gücünə malik raketlərə ehtiyac var.

Bu mənada Ayı fəth edən Saturn-5 raket daşıyıcısı kosmosa 120 tona qədər yük daşımaq qabiliyyətinə malik idi. Amma NASA agentliyinin layihələndirdiyi yeni SLS raketləri fəzaya 10 ton daha çox yük daşıya biləcək.
1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10