Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

İraq ordusu "əl-Qaidə"nin 57 silahlısını öldürüb

"İraq və Şamda İslam Dövləti" (DAİŞ) liderinin iki müavini öldürülüb.

SalamNews-un xəbərinə görə, bu barədə İraqın Müdafə Nazirliyi bəyanat verib. Bildirilib ki, ordu qüvvələri və yerli qəbilələrin birgə apardığı əməliyyatlar nəticəsində "İraq və Şamda İslam Dövləti"nin (DAİŞ) daha 57 silahlısı əl-Ənbar əyalətinin əl-Mələb və əl-Huməyrə bölgələrində məhv edilib.

İraq təhlükəsizlik mənbələri həmçinin ər-Rəmadidə DAİŞ liderinin müavini Əbu-Həfsənin öldürüldüyünü deyiblər. Bundan əlavə, DAİŞ liderinin çeçenstanlı kürəkəni və müavini Əbu Təlhə əş-Şişani də İraqın Baquba şəhərində öldürülüb.
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
23.04.17, 16:39