Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Polis rəisi qardaşına mühüm post verib

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində baş verənlərlə bağlı saytımıza ilginc məlumatlar daxil olub.

Məlumatlara görə, şöbədə xüsusilə radara düşən nəqliyyat vasitələrinin sürücülərinə bir sıra qanunsuzluqlar həyata keçirilir. Bu proseslərə isə şöbə rəisi Elşad Məmmədovun qardaşı Sadiq Məmmədov rəhbərlik edir.

Radara düşən nəqliyyat vasitələrinin sürücüləri şöbənin yerləşdiyi binanın 10-cu otağına yönləndilir ki, burada da onları Sadiq Məmmdəov qarşılayır. Radarlarla bağlı bütün məsələlər bu otaqda birbaşa rəisin qardaşı tərəfindən həll edilir. Eyni zamanda yol hərəkəti qaydalarını pozan sürücülərə yazılan cərimə ballarının silinməsi də 10-cu otaqda həyata keçirilir. Belə “mühüm” vəzifənin şöbə rəisinin öz qardaşına həvalə edilməsi isə qaranlıq mətləblərdən xəbər verir. Bu barədə bizə məlumat verən şəxsin sözlərinə görə, Sadiq Məmmdəov polis əməkdaşı deyil. Sadəcə rəisin əsas qazanc yeri hesab edilən 10-cu otağı qardaşından başqa heç kimə etibar etmir.

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində daha bir maraqlı fakt odur ki, Polis Akademiyasının 3-cü kurs tələbəsinə axtarış üzrə inspektor kimi xüsusi otaq ayrılıb. Binada 9-cu otaqda öz “xidməti” vəzifəsini yerinə yetirən Səlim Abbasovun əslində kiçik leytenant olduğu, ancaq onun işinə qanuni don geyindirmək üçün otağın qarşısındakı lövhədə polis leytenantı yazıldığı qeyd olunur.

Məlumata görə, şöbədə bütün qanunsuz əməllər əsasən bu iki otaqda həll edilir ki, bu zaman da sürücülər və nəqliyyat vasitələrinin sahiblərinə qarşı qanunsuz tələblər irəli sürülməklə əlavə problemlər yaradılır./aznyus/
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber