Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Metroda gediş haqqı qalxacaq

Tarif Şurası qiymət artımını təkzib etsə də, ekspertlər ayrı cür düşünür

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib ki, bəzi KİV-lərdə bu gün Tarif Şurasının iclasının keçirilməsi və burada elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması və bu sahədə qiymətlərin yenidən qaldırılması məsələsinə baxılması qeyd olunur:

"Biz Tarif Şurası olaraq əhalinin diqqətinə çatdırırıq ki, yayılan bu tip məlumatlara inanmasınlar. Tarif Şurasında kommunal və digər xidmət qiymətlərinə yenidən baxılması gündəmdə deyil və bunun üçün narahatçılığa heç bir əsas yoxdur”.

Lakin, iqtisadçı ekspertlər başqa fikirdədirlər. Qubad İbadoğlu kanalımıza müsahibəsində söylədi ki, yanacağın qiymətinin qalxması metro və avtobuslarda qiymət artımını istisna etmir.

Hər halda, istənilən halda qiymətlərin artırılmasını gözləmək sürpriz olmazdı. Çünki, tarif şurasına ötən il inansaydıq, heç benzinin də qiyməti qalxmayacaqdı./interaztv.com/
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı