Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Suriyadakı terrorçuların siyahısı

Suriyadakı terrorçuların sayına görə çeçenlər birinci yerdədirlər (Siyahı)

Suriyada ən çox terrorçu Rusiyadandır

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə görə, Suriyada “xarici silahlı şəxslər və onların milliyyəti” adı altında 20 ölkə üzrə statistik araşdırma aparılıb.

Belə ki, Rusiyadan olan çeçenlər 14 min nəfər silahlı şəxslə birinci yerdədir və bunlardan 3 min 671 nəfəri ölüb, 1397 nəfər itkin düşüb.

İkinci yerdə 12 min nəfər silahlı şəxslə Səudiyyə Ərəbistanı yer alır ki, 3 min 872 nəfəri ölüb, digər 2 min 689 nəfəri isə itkin düşüb.

Xəbərə əsasən, Suriya əleyhinə müharibədə ölən qadınların sayına görə Tunis 18 nəfərlə birinci yerdədir və ardıcıl olaraq Qərbdən 10 nəfər, Səudiyyədən 7, çeçenlərdən 6 və Livandan 4 nəfər qadın yer alır.

Bu statistik məlumat bu günə olan ən son məlumatdır.
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43