Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Vəhhabilərdən növbəti vəhşilik

Vəhhabilər daha bir müqəddəs məkanı partladıblar

"Əl-Qaidə" terrorçuları Suriyanın Dir əz-Zur şəhərindən 45 kilometr məsafəsində yerləşən İsa Əbdül Qədir Rifayi məqbərəsini partladıb

İslamazeri.az-ın "NEWSru.co.il" saytına istinadən verdiyi məlumata görə, müqəddəs ziyarətgah "Əl-Qaidə"nin bir qolu sayılan "İraq və Şam İslam Dövləti" qruplaşmasının fəalları tərəfindən təxrib edilib. Bundan əvvəl də vəhhabilər məqbərənin yerləşdiyi Buseyr rayonunda bir neçə sufi ziyarətgahına hörmətsizlik etmişdilər.

Xatırladaq ki, bu ilin martında Liviyanın paytaxtı Tripolidə məşhur sufi alimi Seydi Məhəmməd əl-Əndəluzinin məqbərəsi dağıdılmışdı. Cinayətə görə məsuliyyəti heç kim öz üzərinə götürməsə də, Liviya hökuməti bu işin arxasında pir və ziyarətgah kimi anlayışları inkar edən vəhhabilərin dayandıqlarını düşünür.
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Rusiyada saxta