Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Suriyada terrorçular bir-birini inkar edir

“İraq və Şamda İslam Dövləti” (DAİŞ) bizdən deyil - əl-Qaidə
əl-Qaidə təşkilatı “DAİŞ”-lə heç bir əlaqəsi olmadığını bəyan edib

“İraq və Şamda İslam Dövləti bizim tabeçiliyimzdə deyil”.

İnterAz-ın əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə əl-Qaidə terror təşkilatının baş komandanlığı xəbər verib.

“FransPress”–in bir sıra internet saytlarına istinadla yayımladığı səsyazısına görə, əl-Qaidə təşkilatı “DAİŞ”-lə heç bir əlaqəsi olmadığını bəyan edib.

“DAİŞ-i əl-Qaidə təsis etməyib, oradakı şəxslərlə nə məsləhətləşmələr aparılır, nə də onlara əmr verilir. əl-Qaidə onlardan razı da deyil. Hətta əl-Qaidə bu təşkilatla əməkdaşlığın dayandırılmasına da əmr edib. əl-Qaidə bu DAİŞ adlanan təşkilat etdikləri barədə cavabdeh deyil.”

Bildirək ki, əl-Qaidənin Suriya, İraq və Livandaki təmsilçisi kimi tanınan “İraq və Şamda İslam Dövləti”-nin lideri Əbu-Bəkr əl-Bəğdadi Əymən əz-Zəvahiriyə beyət etdiyini bəyan etmişdi. Ötən ay isə əl-Qaidə lideri Əymən əz-Zəvahiri Suriyada hakimiyyətə qarşı vuruşan islamçı qruplaşmaları bir olmağa səsləmişdi.
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber