Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Bakı susuz qaldı – Vedrələr işə düşdü

Dünən gecə saatlarından başlayaraq, Bakının bir neçə rayonunda sakinlər su problemi ilə qarşılaşıb.


Saytımıza daxil olan şikayətə əsasən, Bakının Nəsimi, Yasamal, Binəqədi və Səbail rayonlarının bəzi hissələrində su verilişində problem yaranıb.

Binəqədi, Sulutəpə, Maştağa qəsəbələrinin də bir hissəsində əhali içməli su problem ilə üzləşdikləri qeyd edirlər. Məlumatda o da bildirilib ki, sakinlər bu tələbatlarını ödəmək üçün suyu maşınla alırlar. Bəziləri isə uzaq məsafədən suyu vedrə ilə daşıyırlar.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə açıqlamasında bildirib ki, içməli su ilə təminatda ciddi problem yoxdur. Sadəcə havaların şaxtalı olması səbəbindən su borularının partlamaması üçün anbarlarında xətlərə ötürülən suyun həcmi azaldılıb.

O qeyd edib ki, bu gün axşam saatlarına kimi su verilişi qrafik üzrə təmin olunacaq: “Bəzi qəsəbələrdə isə su verilişinin dayandırılması məsələləri də araşdırılır və nəticələr barədə məlumat veriləcək”./aznyus/
1728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24