Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Bütün problemlər həll olub, qalıb Quranın hansı dildə oxunması

Milli Məclisin sədri Oqtay Əsədov dini mərasimlərlə bağlı maraqlı təkliflə çıxış edib.
Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərim həm də Azərbaycan dilində oxunmalıdır: “Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub.

Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Yavaş-yavaş bu fikrə də baxmaq lazımdır ki, əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı başa düşsün.

Oturub din işçiləri arasında attestasiya keçirməyəcəyik ki... Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və dini mərkəzlər var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik, Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Bu istiqamətdə də fikirləşmək lazımdır”.

O. Əsədov bu açıqlamasını deputat, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın təklifinə cavabında deyib.

Qeyd edək ki, G. Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işlərinin aparılmasını söyləyib: “Din xadimlərinin savadları, bilikləri artırılmalıdır. Ümumi dini-mədəni səviyyəsi aşağı olan insanlar bu sahədən uzaqlaşdırılmalıdır. Onlara azərbaycançılıq prinsipləri əsasında tədris keçilməlidir. Bu istiqamətdə müntəzəm, gərgin iş aparılmalıdır”.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı