Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

“Qarabağ qazisi özünə od vurursa yeniyetmə bir gənc nə fikirləşər?”

Cəmil Həsənli: “Qarabağ qazisi özünə od vurursa yeniyetmə bir gənc nə fikirləşər?”

Qarabağ qaziləri prezidentə müraciət edərək problemlərinin həlli istiqamətində müəyyən addımların atılmasını istəyiblər. Müraciətdən sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb. Görüşdə müəyyən razılaşmaların da əldə olunması qeyd olunub. İctimaiyyətdə bu görüşlərə müxtəlif reaksiyalar olub.

Deyerler.Org-a məsələ ilə bağlı fikirlərini bölüşən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, ərazisi işğal altında olan bir ölkə vətən uğrunda döyüşmüş insanlara öz qayğısını əsirgəməmlidir: “ Bu istiqamətdə nəyi həll edə bilirlərsə, həll etsinlər. Amma bütövlükdə qazilər, müharibə iştirakçıları, pensiyaçı vətəndaşlar və s. çox ağır durumdadılar. Bu problemlərin kompleks həlli lazımdır. Bu adamlar Qarabağ müharibəsinin odunun alovunun içindən çıxıblar. Allah bunları saxlayıb. Amma bu gün sosial problemlərlə hökumət bunların axırına çıxır. Bu baxımdan ölkədə ən yaxşı yaşamaq haqqına onlar sahibdirlər. Ölkədə nə varsa ilk önca onların təminatına yönəldilməlidir.

Bu həm də bir nümunədir. Ərazisi işğal altında olan bir ölkə vətən uğrunda döyüşmüş insanlara öz qayğısını əsirgəməmlidir. Gənclər bunu görürlər. Qarabağ qazisi özünə od vurursa yeniyetmə bir gənc nə fikirləşər? Bu məsələlər çox həssas məsələlərdir. Dövlətin imkanları var. Misirdə məktəb saxlanılır, Pakistanda körpələr evi saxlanılır, Luvr muzeyi təmir olunur. Bu vəsaitləri ölkəmizin təminatsız qalan əhalisinə yönəltmək lazımdır”.

Toqquşmalar zamanı 2 minə yaxın etirazçı və polis yaralanıb. Etiraza səbəb əxlaqsız azlıqlara övladlığa götürmə hüququnun verilməsi, surroqat ana xidmətlərindən istifadə edilməsi və s. kimi iyrənc qanunların qəbuludur.

Bununla belə, Fransa hökuməti birmənalı olaraq bəyan edib ki, "ailə haqqında" yeni qanun layihəsində bu məsələlər qeyd edilmir.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı