Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Sual: Salam alaykum. Son vaxtlar namazı ayaq üstə qıla bilməyənlər stul üzərində oturub qılırlar və qarşılarına miz qoyurlar səcdədə miz üstəki möhürə alınlarını qoyurlar. Bilmək istəyirdik ki, hansı hallarda stul üzərində oturub namaz qılmaq düzgündür və hansı hallarda düzgün deyil. Əvvəlcədən təşəkkür edirik.
Ad: Kamal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Bu şəxslərin stul üstə oturub namaz qılması düzgün deyil:

1. Əgər ayaq üstə dayana bilirsə (hərçənd, divara, əsaya söykənməklə, yaxud əyilməklə, ya ayaları həddindən artıq aralı qoymaqla, yaxud rüku şəkilində də olsa), stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki (qiyam kimi) yerinə yetirə biləcəyi bir vacibi tərk etmişdir.

2. Oturaraq təşəhhüdü və səcdələri düzgün yerinə yetirə bilirsə, stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.

3. Namazın bir rəkətini ayaq üstə yerinə yetirə bilirsə, namazı tamamilə stul üzərində oturub qılsa, namazı batildir. Çünki (qiyam kimi) yerinə yetirə biləcəyi bir vacibi tərk etmişdir.

4. Namazın hətta, bir rəkətində səcdələri düzgün yerinə yetirə bilirsə, stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.

5. Əgər heç cür ayaq üstə dayana bilmirsə, amma təşəhhüd və səcdələr üçün otura və onları düzgün yerinə yetirə bilirsə, təşəhhüd və səcdələri stul üstündə yerinə yetirsə, namazı batildir. Çünki səcdələrdə səcdə əzaları üzürsüz olaraq yerdə olmamışdır.

Bu şəxslər namazlarını stul üzərində oturub qıla bilərlər:

1. Heç cür ayaq üstə dayana bilmir.

2. Yerdə oturması mümkün deyil və yerdə oturduqda səcdələri yerinə yetirə bilmir.

3. Mütəxəssis həkimin rəyi, yaxud özünün əminliyi ilə bilir ki, əgər ayaq üstə namaz qılsa, yaxud yerdə oturub təşəhhüd oxusa, ya səcdələri yerinə yetirsə, bədən əzələləri xəstəliyinə düçar olacaq, ya xəstəliyi bərkiyəcək.

Qeyd:

1. Əgər insan ayaq üstə dayana bilmirsə, lakin təkcə təkbirətul-ehramı (niyyətdən sonra deyilən təkbir) ayaq üstə demək mümkündürsə, vacibdir ki, bu təkbirətul-ehramı demək üçün ayaq üstündə olsun və təkbiri dedikdən sonra otursun. Çünki təkbirətul-ehram deyilən vaxt ayaq üstə olmaq, vacib rükndür.

2. Əgər təkcə rükudan qabaq ayaq üstə dayana bilirsə, vacibdir ki, bu vaxt ayaq üstə dayansın, rükuya birləşmiş qiyam və rükudan sonra namazın qalanını otursun. Çünki rükuya birləşmiş qiyam, vacib rükndür.

3. Əgər təkcə bir rəkətin səcdələrini düzgün yerinə yetirə bilirsə, vacibdir ki, səcdələri yerdə oturaraq yerinə yetirsin və namazın qalanını stul üstündə otursun. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.

4. Namazqılan mümkün olan surətdə, səcdədə gərək iki əlinin içini mizin üzərinə və ayaqlarının baş barmaqlarının başını yerə qoymalıdır.

http://sual.nur-az.com/az/
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<