Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant saxlanıldı

Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə Kiyevdə apardığı reyd zamanı "Troeşina” bazarı yaxınlığındakı hoteldə yaşayan 32 qanunsuz miqrant saxlanılıb.
Report xəbər verir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb. Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var. Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən dilib. Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.
Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.
91 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP