Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

CAR İsraildəki səfirini geri çağırdı

Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.

RİA "Novosti” xəbər verir ki, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.

"İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb”, - deyə nazirliyin rəsmisi qeyd edib.

O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.
94 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP