Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın. Görün nələrdən qorunacaqsınız!

Meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur.

Elmdə çoxdan sübut olunub ki, bütün pestisidlərin kanserogen (xərçəng yaradan) təsiri var. Onlar xüsusilə uşaqlar və hamilə qadınlar üçün ziyanlıdır.

Pestisidlər şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.

Masaçusets Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, adi ucuz sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.

Bunun üçün meyvə və tərəvəzləri əvvəl adi suda yuyun, sonra sodalı suda (1 l suya + 1 x.q. soda) 15 dəqiqə saxlayın, ən sonda isə axar su ilə yaxalayın.

Araşdırma göstərib ki, soda məhlulu xüsusi dezinfeksiya edici məhlullardan daha effektlidir./saglamolun/
278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP