Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Tennessi ştatının Neşvil şəhəri yaxınlığında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, təyyarə YMCA könüllülər təşkilatının yaxınında yerə düşüb. Ehtiyat tədbirləri görülərək, bütün işçilər binadan evakuasiya olunublar.

ABŞ-ın Federal mülkü aviasiya idarəsinin (FAA) məlumatına əsasən, təyyarə Kanzas ştatındakı Qreyt Bend hava limanından göyə qalxıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olanların hamısı həlak olub./apa/
1516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27
2 türk ə