Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Bizə bir güllə atılmadı, İsrail isə... – “Haaretz” dünyanı şoka saldı

İşğalçı israilin öz sərhədlərini qorumaq haqqı heç kim üçün müzakirə mövzusu deyil, ancaq bu, “sərhədi keçməyə çalışan hər kəsə ürəyinin istəyəni edə bilərsən” anlamına gəlməz.

Bu ifadələr işğalçı israilin nüfuzlu “Haaretz” nəşrində dərc olunan “Qan gölünə son qoyun” adlı məqalədə yer alıb.

“Bir ay yarımdır silahsız insanların təşkil etdiyi aksiyalar onlarla ölüm və minlərlə yaralı ilə nəticələndi. Qəzzadakı bu nümayiş həftələrində HƏMAS və digər müqavimət hərəkatları İsrailə raket zərbəsi endirmədi. Heç bir İsrail əsgəri və ya sakini yaralanmadı. Amma İsrail silahsız insanlara qarşı snayperlər və atəşlə qarşılıq verərək onları öldürdü və yaraladı”, - yazıda bildirilib.

Xatırladaq ki, ötən gün İsrail-Fələstin sərhədində baş verən qarşıdurmalar zamanı İsrail ordusunun açdığı atəş nəticəsində 55 nəfər öldürülüb.
64 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP