Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Ən çox avtomobili olan nazirliklər bəlli oldu

Bir sıra ekspertlər hesab edirlər ki, ölkəmizdə benzinə olan təlabatın kəskin artması yalnız əhalinin istifadəsində olan nəqliyyat vasitələrinin sayının çoxalması ilə deyil, həmçinin dövlət qurumlarının balansında olan xidməti maşınların sayı ilə bağlıdır.

İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə son dövrlər büdcədən maliyyələşən qurumların balansındakı avtomobillərin sayı xeyli artıb. Bu isə əlavə yanacağın sərf olunması deməkdir. Ekspert, Qubad İbadoğlu: ”Bizim avtomobil istifadəçilərimiz yalnız vətəndaşlar deyil, həmçinin dövlətdir. Dövlətin həm avtomobillərinin sayı, həm də müxəricci kifayət qədər yüksək olanlardır. Dövlət bu barədə də düşünməlidir”. Qubad İbadoğlunun fikrincə, həm büdcədən artıq xərclərə qənaət etmək, ən əsası benzin sərfini azaltmaq üçün xidməti avtomobillərin sayını azaltmaq lazımdır. Sonuncu dəfə xidməti avtomobillərin sayı ilə bağlı 2011-ci ildə Nazirlər Kabinetinin qərarı olub. Bu qərara görə, dövlət qurumlarının xidməti maşınlarının sayına limit qoyulub. Ən çox balansında maşın olan Vergilər və Maliyyə Nazirlikləridir. Hərəsinə 83 avtomobil, ümumilikdə, hökümət orqanlarının istifadəsində 1173 avtomobil olmalıdır. Amma bu rəqəmlər son zamanlar kifayət qədər artıb. Bir də onu nəzərə almaq lazımdır ki, bu siyahıya Prezident Administrasiyasının və hərbi qurumların, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarının, yerli məhkəmələrin maşınları daxil deyil./ans/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...