Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Pxenyan Cənubla görüşü ləğv etdi: ABŞ-ı hədələdi

ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən dolayı Şimali Koreya ilə Cənubi Koreya arasında 16 mayda nəzərdə tutulan görüş ləğv edilib.

Bu barədə “Yonhap” məlumat yayıb. Məlumata görə,

İki ölkənin sərhədində Pxenmuncom məntəqəsində keçirilməsi nəzərdə tutulan görüşdə dialoqun davam etdirilməsi, Şimal və Cənubda yaşayan qohumların görüş imkanının yaradılması müzakirə ediləcəkdi.

Şimali Koreya hakimiyyəti həm də ABŞ-la keçirilməsi gözlənilən sammitin ləğv edilə biləcəyini açıqlayıb. Buna baxmayaraq, Kim Çen və Trampın görüşünə hazırlıq gedir.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya təlimləri 15 apreldən davam edir. Təlimlərə 2000 civarında ABŞ hərbçisi qatılıb.
57 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP