Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Pxenyan etiraz etdi: ABŞ sərsəm bəyanatlar verir

ABŞ bizi küncə sıxışdırıb təktərəfli olaraq nüvə silahlarımızdan imtina etməyimizi istəyərsə, görüşlərə olan marağımızı itirərik.

Bu barədə KCNA agentliyinə Şimali Koreya XİN rəsmisi danışıb.

“Bu halda gözlənilən Şimali Koreya-ABŞ zirvəsində iştirak edib-etməyəcəyimiz məsələsini yenidən qiymətləndirəcəyik. Zirvənin Koreya yarımadasında gərginliyi azaldacağına böyük ümidlərimiz var və bu görüşü möhtəşəm gələcəyə dair bir addım olaraq görürük. Lakin ABŞ sərsəm bəyanatlar səsləndirərək zirvə öncəsi bizi təhrik edir”, - XİN rəsmisi bildirib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya hərbi təlimlərinin davam etməsinə etiraz olaraq Şimali Koreya bu gün Cənubla görüşdən imtina edib. Pxenyan ABŞ-la sammitinbaş tutmasını da şübhə altına alıb.

Buna baxmayaraq, Tramp və Kim Çenin 12 iyunda Sinqapurda keçirilməsi gözlənilən görüşünə hazırlıq gedir.
184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP