Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Yəhudilər Qəzza qətliamına qarşı: “Bibi”nin oyuncağı deyilik! - Foto

ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən sonra gərgin vəziyyətin yarandığı Yaxın Şərqdə İsrail əsgərlərinin 60-dan artıq fələstinlini öldürməsi bütün dünyanı sarsıb. Baş verən qanlı hadisələrə qarşı Braziliyadan Yunanıstana, ABŞ-dan Filippinə, Cənubi Afrikadan İsveçrəyə kimi dünyanın dörd bir yanında etiraz aksiyaları keçirilib.

Hətta İsraildə belə solçular küçələrə axın edərək etiraz nümayişləri keçirib və ölümlərin dərhal dayandırılmasını tələb edib.

Hadisələrin arxasında dayanan bir nömrəli şəxs - İsrailin Baş naziri Benyamin Netanyahu ötən gecə rəsmi iqamətgahında böyük bir şok yaşayıb. İsrailli nümayişçilər əllərində plakatlarla Netanyahuya etiraz edib. Nümayişçilər əllərindəki plakatlarda “Qəzzanı indi azad edin”, “Qəzzadakı etiraz terrorçuluq deyil” şüarları diqqət çəkib.

İsrailin nüfuzlu “Haaretz” nəşri yüzlərlə solçunun paytaxt Təl-Əvivdə etirazlara qoşulduğunu bildirib. Yolları bağlayıb, nəqliyyatın hərəkətini iflic edən kütlə “Atəş açmağı dayandırın”, “Ərəblər və yəhudilərin düşmənçiliyini rədd edirik” şüarları səsləndirib. Nümayişçilərin əlindəki plakatlardan birində isə “Tramp və Bibi, biz sizin oyuncağınız deyilik” yazılıb (Bibi Baş nazir Netanyahunun adının qısaltmasıdır).


109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP