Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Ərdoğan göstəriş verdi - Misir və İsrail mane olur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın göstərişləri əsasında Qəzzada yaralanan fələstinlilərin Türkiyəyə gətirilərək müalicə edilməsini planlaşdırırıq.

Bu sözləri Türkiyənin Baş nazir müavini Rəcəb Ağdağ deyib.

Ağdağ yardım üçün göndəriləcək təyyarələrin hazır vəziyyətdə gözlədildiyini, lakin Misir və İsrailin təyyarələrin enişinə icazə vermədiyini, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı rəhbərindən dəstək istədiklərini açıqlayıb.

“Ən azından ümid edirəm ki, insanlıqlarını hələ itirməyiblər və orada vəziyyəti uyğun olan yaralıların Türkiyəyə gətirilməsinə bir şəkildə fürsət verəcəklər. Bir daha buradan azad dünyaya səslənirəm, bu zülmə artıq “dur” deyilməlidir”, - Ağdağ bildirib.

Xatırladaq ki, Qəzza zolağında baş verən qanlı hadisələr zamanı 2700-dən artıq yaralının olduğu bildirilir.
132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP