Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Leninin devrilmiş heykəlinin yerində unitaz ucaltdılar

Kiyevdə radikal nümayişçilər dağıtdıqları heykəlin yerində indi qızıldan unitaz dayanır

Ukraynanın paytaxtı Kiyevdə, Bessarabskaya meydanında Leninin uçurulmuş heykəlinin yerində qızıldan möhtəşəm unitaz ucaldıldı. Ans-in “Ridus” saytına istinadən verdiyi məlumata görə, Kiyev şəhər dövlət administrasiyasının qarşısında keçirilən aksiyada 30-dan çox insan iştirak edib.

Tədbir iştirakçıları daha sonra hazırlanan heykəli Şevçenko bulvarına aparıb və əvvəllər Leninin heykəlinin dayandığı postamentin üzərinə qoyublar. Yeni heykəl adi unitaz heykəlidir, amma qızılı rəngli boya ilə boyadılıb. Aksiya iştirakçılarının sözlərinə görə, “qızıl unitaz” Ukrayna məmur və deputatlarının batdığı rüşvətin simvoludur.

Heykəlin qoyulması Ukrayna Ali Radasının növbəti plenar həftəsinin başlanğıcı ilə eyni vaxta salınıb.
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib