Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

NATO-nun baş katibi: «Karzay odla oynayır»

ABŞ-la təhlükəsizlik haqqında müqaviləni imzalamaqdan imtina etməklə Əfqanıstan prezidenti Həmid Karzay odla oynayır.

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, bu bəyanatı NATO-nun baş katibi Andres Foq Rasmussen verib.

BBC-nin Newsnight proqramına müsahibəsində o, Karzayın NATO-ya qarşı tənqidi çıxışına münasibət bildirərək, məyus olduğunu deyib.

Rasmussenin sözlərinə görə, NATO ölkələrin Əfqanıstanın gələcəyi üçün çoxlu qan töküb və güc sərf edib: Bunun qarşılığında Əfqanıstan xalqı və onun rəhbərliyindən azacıqda olsa ehtiram gözləyirdik.

Baş katibi 2014-cü ilin aprelində seçiləcək yeni prezidentin müqaviləni imzalayacağına ümidvar olduğunu bildirib.

Rasmussen onu da çatdırıb ki, Əfqanıstanın təhlükəsizlik haqqında müqaviləni imzalamaqdan imtinası beynəlxalq maliyyə qurumların bu ölkəyə yardımla bağlı öhdəliklərini dəyişdirə bilər.
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber