Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Əsirlikdə olan erməni hərbçi ilə görüş keçirilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları həbsdə olan erməni hərbçi Akop İnciqulyanla görüşüblər.

Bu barədə BQXK-nın İrəvan nümayəndəliyinin kommunikasiyalar üzrə proqramın rəhbəri, xanım Zara Amatuni bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də keçirilən görüş zamanı BQXK təmsilçiləri A. İnciqulyana ailə üzvlərindən məktub təqdim edib, qohumları haqqında bəzi xəbərləri çatdırıblar.

A. İnciqulyanın üçüncü ölkəyə göndərilməsinə dair məlumatlarla bağlı verilən sualı cavablandıran BQXK rəsmisi hərbçinin hələ də Azərbaycanda saxlandığını bildirib: «Məsələ ilə bağlı hələlik başqa şərhimiz yoxdur».

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov bir qədər əvvəl açıqlamasında A. Akop İnciqulyanın üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət etdiyini bildirib./apa
1546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı