Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

04 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsədə, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur.
Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 06-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber