Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailənin fotosu

Bu günlərdə öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovun fotosu yayılıb. 

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

Ermənistana sığınmaq istəyən həmin ailənin fotosu

1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber