Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Zorlandığını deyərək özünü yandıran gənc qız öldü

Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 23 yaşlı Məleykə İntizam qızı Bayramlı dünyasını dəyişib.

5 saylı xəstəxananın yanıq şöbəsinin rəhbəri Vüqar Ələkbərovun ans-ə verdiyi məlumata görə, qız xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Həkimin sözlərinə görə, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
“Müalicəyə baxmayaraq xəstənin durumundə heç bir irəliləyiş olmamışdı. Güclü yanıq xəsarətləri alan xəstənin bütün immunitet sistemi çökmüşdü. Onun qaraciyəri, böyrəyi və ürəyi fəaliyyətini itirmişdi. Bu gün onu əməliyyat edib ölü toxumalarını çıxaracaqdıq” - deyə Vüqar Ələkbərov bildirib.
Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbayel rayonu ərazisində özünü yandırmışdı. 23 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.
Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini M.Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. M.Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN-in Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib. Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.
Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə M.Bayramlı özünü yandırmaqla intihara cəhd edib. Fakt üzrə Səbayel Rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50