Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

“Nusra Cəbhəsi” Livandakı partlayışların məsuliyyətini üzərinə götürüb

Terror aktında yalnız kamikadze ölüb və daha üç nəfər yaralanıb

“Nusra Cəbhəsi” "Hizbullah"ın Suriyadan çıxmayacağı təqdirdə partlayışların davam edəcəyini bildirib.

İnterAz-ın əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, dünən axşam saaatlarında Beyrutun cənubunda Şuveyfat bölgəsində kamikadze özünü mikroavtobusun içində partladıb. Terror aktında yalnız kamikadze ölüb və daha üç nəfər yaralanıb.

Suriyada hakimiyyətə qarşı vuruşan “Nusra Cəbhəsi” twitter səhifəsindən yayımladığı bəyanatda partlayışı üzərinə götürüb. Cəbhə fevralın 1-də Hərməl bölgəsindəki terror aktını da üzərinə götürüb. Qruplaşma partlayışın “Hizbullah”-ın Suriyaya müdaxilə etdiyinə görə həyata keçirildiyini bildrib.

Livanda dünənki partlayış 2014-cü ildə beşinci hadisədir.
1498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı