Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Güləşçilərimiz beynəlxalq turnirlərdə iştirak edəcək

Fevralın 6-7-də İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa 7 pəhləvan yollanıb. Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıb.

Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.

Fevralın 4-5-də isə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
Azərbaycanın yeniyetmə və gənc qızlardan ibarət yığma komandası 2014-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 12 idmançı yer alıb. Yeniyetmələrin yarışında Türkan Nəsirova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq), gənc qızların yarışında isə, Şəfəq Muradzadə, Anna Pavliv (hər ikisi 48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq), Elmira Qəmbərova (63 kq), Dərya Korin (67 kq) və Raqnetta Qurbanzadə (72 kq) iştirak edəcək.
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber