Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

“Şerbakovun qatili bir neçə saata yaxalanacaq”

Rusiya İstintaq İdarəsi: “Şerbakovun qatili bir neçə saata yaxalanacaq”

Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirən Azərbaycan vətəndaşı bir neçə saata yaxalanacaq.

Virtualaz.org-un xəbərinə görə, bu barədə Rusiya İstintaq İdarəsinin rəsmisi Vladimir Markin bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına qatili yaxalamaq üçün bir neçə saat lazımdır.

“Hazırda bizə o, məlumdur ki, Orxan Zeynalov Azərbaycanda da qətl maddəsi üzrə axtarışdadır. Biryulevodakı “Pokrovka” tərəvəz bazasına gəldikdə isə ora iki gün ərzində tam bağlacaq və bütün mallar çıxarılacaq” - deyə Markov bildirib.

Markovun bu açıqlamasından belə anlaşılır ki, O.Zeynalovun Azərbaycana qaçdığı barədə irəli sürülən versiyalar Rusiya hüquq-mühafizə orqanları tərəfindən dolayısı ilə təkzib edilir. Görünür, onlar qatilin Rusiyanı tərk etmədiyinə əmindirlər.

Moskva meri Yuri Sobyanin bildirib ki, “Pokrovka” bazasının bağlanmasından sonra Moskvada ərzaq qıtlığı yaranacağı haqda şayiələr təxribatdır. Mer miqrantların sıx işlədiyi bütün bazarlarda və ticarət mərkəzlərində total yoxlamalar aparılacağını bildirib.
1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber