Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Suriyada döyüşən şərqli muzdluların sayı açıqlandı

“əl-Vəsət” qəzeti xəbər verir ki, Suriyada döyüşən şərqli muzdluların sayı açıqlanıb. Qərbdə aparılmış bir araşdırmaya əsaslanaraq bu qənaətə gəlinib ki, muzdluların arasında milliyyətcə çeçen olanlar birinci yeri tutur. Onların sayı təxminən 14 min qeyd olunur. Lakin artıq 3671 nəfərin həlak olduğu, 1397 nəfərin isə itkin düşdüyü də deyilir.

Suriyada sayca ikinci muzdlular Səudiyyə Ərəbistanı təbəələridir. Onlardan 3872 nəfərinin öldüyü, 2689 nəfərinin isə itkin düşdüyü iddia olunur.

5 min nəfərlik fələstinli muzdlunun 2018-nin öldürüldüyü, 69-unun da itkin düşməsi, 4 min tunislidən 2645-inin öldürüldüyü, 1315-nin itkin düşməsi bildirilir.

Suriyada döyüşən əcnəbilər arasında qadınların varlığı da dilə gətirilib: 18 tunisli, 10 mərakeşli, 7 Səudiyyə ərəbistanlı, 6 çeçen və 4 livanlı.

Qeyd edək ki, müxalif hərbi qruplaşmalarda azərbaycanlının da olduğu vurğulanır. Lakin onların dəqiq sayı açıqlanmayıb. İndiyədək döyüşlərdə təxminən 100 nəfərədək azərbaycanlının öldürüldüyü barədə qeyri-rəsmi məlumatlar var.
1621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu