Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Terrorçuların bir-biri ilə qarşıdurmalarda 2300 insan ölüb

Suriyada müxalifət qruplaşmaları arasındakı qarşıdurmalarda 2300 insan ölüb
Suriyanın şimal əyalətləri müxalifət qruplaşmalarının döyüş səhnəsinə çevrilib.

SalamNews-un “əş-Şərq əl-Əusət” qəzetinə istinadla verdiyi xəbərə görə, Suriyada Bəşər Əsəd əleyhdarları arasında gedən qarşıdurmalarda indiyə qədər 2300 nəfər ölüb.

Suriya müxalifəti mənbələri, ölənlərdən 1747 nəfərin son bir ayda öldüyünü bəyan ediblər. İlkin statistikalara görə, onlardan 979 nəfəri müxalifətin “İslam Cəbhəsi” qruplaşması, 531 nəfər isə “İraq və şamda İslam Dövləti”ə (DAİŞ) mənsub silahlılardır. DAİŞ-ə mənsub olanların 34-ü isə kamikadze əməliyyatlarında ölüb.

Digər ölənlər isə dinc sakinlər, başqa qruplaşmaların üzvlləridirlər.

Hazırda Bəşər Əsəd əleyhdarlarının bir-birilə apardıqları döyüşləri ölkənin Hələb, ər-Riqqə, Huma, Hums və Dirazzur əyalətlrində aparılır.
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber