Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Polis kapitanı ölümcül döyülüb

Şahin Dadaşovu döyənlərin ifadəsi alınsa da, həbs edilməyib
DİN və Bakı Şəhər baş Polis İdarəsindən olayla bağlı təhqiqat aparıldığı bildirilib

Üç nəfər tərəfindən döyülən polis kapitanı Dadaşov Şahin Hümbət oğlunun səhhəti ağırdır. 1982-ci il təvəllüdlü polis məmuru bu gün DİN-nin A.N.Heydərov adına Mərkəzi Hospitalında əməliyyat olunacaq. Bu barədə Bizimyol.info saytına Ş.Dadaşovun dayısı Əzizağa Nəcəfəov məlumat verdi.
«Bacım oğlu Nərimanov rayonunun Montin qəsəbəsində sahə müvəkkili işləyir. Şahin evinə gedirmiş. Dar küçədə onun idarə etdiyi maşınla «Lexus» markalı avtomobil üz-üzə gəlib. Küçə dar olduğundan biri o birinə yol verməli imiş. Bu zaman “Lexus”da olan 3 nəfər düşüb Şahini döyüblər. Əllə, təpiklə azmış kimi özlərinin olduğu avtomobildən dubinkanı götürərək döyməyə davam ediblər. Həkimlər onun səhhətini ağır olaraq dəyərləndirirlər.
Şahin bir həftədir hospitaldadır. İndi özünə gəlib. Sol qolu yararsız vəziyyətdədir. Baş nayihəsindən ağır zərbə alıb. Qabırğaları sınıb, qan sızıb. 1 həftədir ki, əməliyyat edə bilmirdilər. Yəni vəziyyət o qədər ağır idi, əməliyyat olunması qeyri-mümkün idi. Sabah (bu gün -R.İ.) əməliyyat olunacaq”, deyə Əzizağa Nəcəfov məlumat verdi.
Onun dediklərinə görə, cinayət işi Bakı Şəhər Baş Polis İdarəsindədir: “İdarədən gəlib ərizə və fakt üzrə ifadə alıblar. Amma polisi məmurunu döyən adam məlum olsa da, cinayətkarla bağlı heç bir tədbir görülməyib. Cinayətkar əli cibində Bakıda gəzir. Bildirim ki, “Lexus” maşının sahibi Naxçıvan sakinidir. Avtomobil 085 dövlət qeydiyyat nömrəlidir”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Bizim Yol”a bildirdi ki, döyülmə faktı yanvar ayının son günlərində baş verib: “Hadisə baş verəndə polis əməkdaşı Şahin Dadaşov xidməti vəzifəsində olmayıb. O, mülki geyimdə olub. Onu döyənlər polis olduğunu bilməyiblər. Hadisəyə səbəb mübahisə olub. Döyən şəxslər polisə məlumdur, izahatları alınıblar. Hadisə ilə bağlı hüquqi addımlar atılmaqda davam edir. Məkkəmə tibbi ekspertizasının rəyindən sonra təhqiqat işi istintaqa göndəriləcək”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov “Bizim Yol”a dedi ki, hadisə Şahin Dadaşovun xidmət etdiyi Nərimanov rayon ərazisində deyil, Xətai rayon ərazisində baş verib: “Havaların qarlı və şaxtalı keçməsi nəticəsində yollar buz bağlayıb, elə buna görə də polisin idarə etdiyi maşınla digər maşın toqquşub. Bu zaman baş verən mübahisə cinayət hadisəsi ilə yekunlaşıb. Bildirim ki, təhqiqat işi müvafiq polis bölməsində araşdırılır. Şahin Dadaşovun dayısının dediyindən fərqli olaraq faktla bağlı hüquqi addımlar atılıb və müvafiq tədbirlər görülür. Ciinayəti törədən şəxslər polisə məlumdur”.
1511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09