Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

İran XİN rəhbəri: “Bəşər Əsədsiz Suriya probleminin həlli təhlükəlidir”

İran xarici işlər naziri Suriya müxalifətini sərt tənqid edib.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bildirib ki, İran Suriyada atəşkəs rejiminin tezliklə tətbiq edilməsini istəyir və bunun həm bütün ölkə daxilində, həm də regional çərçivədə reallaşmasına dəstək verir: “Çünki İran Suriyada axan qanının bir an əvəl dayandırılmasını istəyir”.

Onun sözlərinə görə, Suriyanın vəziyyətini faciə olaraq xarakterizə etmək olar: “Suriyada bütün insanların humanitar yardıma ehtiyacları var”.

M.C.Zərif həmçinin Bəşər Əsədsiz Suriya probleminin həllini bir növ təhlükəli olaraq gördüyünü söyləyib: “Ona görə də bu cür düşüncələrin başdan çıxarılması lazımdır”.

İran xarici siyasət idarəsinin rəhbəri deyib ki, “altılıq” ölkələri ilə yekun razılaşma əldə olunmayacağı təqdirdə, rəsmi Tehran uranı 20%-dən yuxarı həddə zənginləşdirəcək: “Hazırda İranın nüvə proqramı ilə bağlı yaxşı fürsət yaranıb. Bunun davam etdirilməsi üçün qarşılıqlı etimad mühitinin meydana gəlməsi zəruridir. Qərb ölkələri inqilabdan əvvəl uzun illər İranın nüvə yanacağını təmin etməyə çalışıblar və bu gün qarşılıqlı etimad mühitinin yaradılmasının zamanı gəlib. İran öz ehtiyacından daha çox uran zənginləşdirib. Keçmişdə sadiq şəkildə hərəkət etmədiyimiz, nüvə fəaliyyətlərimizin şəffaf olmadığı və bu səviyyədə uranın zənginləşdirilməsinin də iqtisadi baxımdan zəruri olmadığı deyilə bilər. Amma bunların hamısı keçmişdə qaldı. Əgər keçmişdəkilərə qayıtsaq, hər iki tərəfin etdiklərinə baxmaq lazımdır. İranın tibbi və elmi sahədə uranın zənginləşdirilməsinə ehtiyacı var. Hazırda tərəflər arasında etimad məsələsində müəyyən mərhələ keçilib. Bu səbəbdən İranın ehtiyac duyduğu uranın zənginləşdirilməsi fəaliyyətləri mövzusunda da bir həll yolu tapılması lazımdır”.
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi