Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

"AZAL"ın təyyarəsindən restoran düzəldirlər

Qubada maraqlı istirahət obyekti hazırlanır. "AZAL"a məxsus istismardan çıxarılan təyyarədən Qubada yeni istirahət obyektinin hazırlanması üçün istifadə edilir. Hündür dağ yamacında hörülmüş dirəklər üzərində yerləşdirilən təyyarənin salon hissəsindən restoran və ya otel kimi istifadə ediləcəyi gözlənilir. Bununu əks etdirən fotonu sosial şəbəkədə jurnalist İlkin İzzət paylaşıb (virtualaz.org).

Bu təyyarənin nə vaxt istismardan çıxarıldığı, kimlərə satıldğı haqda məlumat əldə etmək üçün “AZAL”-ın mətbuat xidməti ilə əlaqə saxladıq.
“AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli belə bir təyyarənin mövcudluğundan xəbərsiz olduqlarını bildirdi: “ Bugün qəzetlər, saytlar istədikləri xəbəri yayır, dərc edirlər. Hansısa bir şəkil çəkib yayımlamaq da olar.Ona görə də yayılan bu xəbəri ciddi qəbul etmək olmaz. Bizim bu haqda heç bir məlumatımız yoxdur”.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber