Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Pərviz Həşimliyə qarşı yeni ittiham irəli sürülüb

Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı yeni məzmunda ittiham elan olunub

Bu barədə apa-ya məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, bu gün P. Həşimli ilə görüşüb. E. Sadıqov istintaq orqanı tərəfindən P. Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürüldüyünü deyib. O, P. Həşimlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmaq üzrə olduğunu da deyib. P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP