Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Bu kafedə qarınağrısına tutulmamaq qeyri-mümkündür

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakının Binəqədi rayonu, M.K.Atatürk küçəsi, ev 64 ünvanında yerləşən, fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus “Kaspi” kafesində dövlət nəzarəti tədbirləri aparılıb.

Müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. Bundan başqa istifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşbazın təhsilini təsdiq edən sənədin olmadığı, aşbazın müvafiq geyimlə təmin olunmadığı aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib, mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan olunub, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışına da qadağa qoyulub.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

  • 1408 dəfə baxılıb
    Loading ...
    Nur-Az Xeber
    07.12.16, 10:54
    Hətta bir yuxusuz gecə...
    06.12.16, 11:00
    Mosulda uğurlu əməliyyat
    06.12.16, 09:10
    40 dərdin dərmanı
    06.12.16, 07:32