Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Əli İnsanov məhkəmə sədrini məhkəməyə verdi

Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevi məhkəməyə verib. Keçmiş nazirin iddia ərizəsi artıq 1 saylı İnzibati-İqtisadi Məhkəməyə təqdim olunub.
Ə.İnsanov iddia ərizəsində göstərir ki, Bakı Apelyasiya Məhkəməsində yalnız zallardan birində şüşə kabinə quraşdırılıb və onunla bağlı prosesi məhz həmin zalda keçirmək, onu şüşə kabinəyə salmaqla özünü müdafiə hüququnu məhdudlaşdırırlar. Keçmiş nazir iddia edir ki, onu şüşə kabinəyə salmaqda məqsəd müdafiə çıxışlarının qarşısını almaqdır. İddia ərizəsində Bakı Apelyasiya Məhkəməsinin bu hərəkətinin qanunsuz hesab edilməsi xahiş olunur./azadlıq/
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber