Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Hakimiyyətin Cəmil Həsənli etirafı - Foto

Milli Şura sədrini bu gün hədəf seçənlər 3 il əvvəl onun haqqında nə yazırdılar?

Analoqsuz ölkəmizdə “Yeni Azərbaycan”, “Səs” kimi qəzetlərlə yanaşı  “Xalq” adlı  qəzet də var. Bu qəzetlər hakimiyyətin tribunasıdır. Ancaq, statistika göstərir ki, bu tribunadan gələn səslərə qulaq asan yoxdur.
Bu gün müxalifəti, Milli Şuranı, Cəmil Həsənlini hədəf alan “Xalq” qəzetinin 3 il bundan əvvəl Cəmil Həsənli haqqında yazdıqlarından xəbəriniz varmı?
“Xalq” qəzetinin 25.04.2010- cu il tarixli nömrəsində “Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış nümayəndəsinə layiqli cavab verdi” başlıqlı yazı dərc edilib. Yazını qələmə alan isə “AzərTac”ın xüsusi müxbiridir.
Məqalədə Milli Şuranın sədri Cəmil Həsənlinin Parisdə erməni lobbisini necə məğlub etməsindən danışılır. Belə ki, Cəmil Həsənli erməni lobbisinin tanınmış nümayəndəsi Kler Muradyanın dəvəti ilə Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Avropa Dünyası Araşdırmalar Mərkəzində "1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasəti" mövzusunda mühazirə oxuyub. 
Məqalədə yazılır: “Qafqaz regionu ilə bağlı araşdırmalar aparan tələbə və tədqiqatçıların iştirak etdiyi tədbirdə azərbaycanlı alim ölkəmizin tarixinin formalaşması prosesindən, Türkmənçay və Gülüstan müqavilələrindən sonra keçdiyi yoldan, 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin yaradılmasından və həyata keçirdiyi islahatlardan söhbət açmış, həmin dövrdəki geosiyasəti açıqlamış, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi mart qırğınına toxunmuş, təkcə Bakıda 12 min nəfərin qətlə yetirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Demokratik Respublikasının demokratik quruluşlu bir dövlət olduğunu xatırladan C.Həsənli bütün millətlərin parlamentdə təmsil olunduğunu qeyd etmiş, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, onun Fransada əhəmiyyətli işlərindən söhbət açmış, həmin dövrdə çap olunmuş Azərbaycan xəritəsini iştirakçılara paylamışdır...
Azərbaycanlı alimin mühazirəsinə münasibət bildirən Kler Muradyan 1918-ci ildə mart soyqırımı olduğunu və bunu inkar etmək niyyətində olmadıqlarını bildirmiş, eyni zamanda, həmin vaxt çoxlu erməninin qətlə yetirilməsinə də diqqət yönəldilməsinin vacibliyini qeyd etmişdir. Erməni xanımının səsləndirdiyi fikrə münasibət bildirən Cəmil Həsənli mart hadisələrinin hakimiyyətdə olan S.Şaumyanın rəhbərlik etdiyi və bir neçə erməninin təmsil olunduğu Bakı Kommunası tərəfindən törədildiyini qeyd etmiş, eyni zamanda, qırğınların Bakının alınması uğrunda gedən qanlı döyüşlərdə baş verdiyini və hər iki tərəfdən çoxlu sayda insan tələfatı olduğunu diqqətə çatdırmış, iki hadisənin heç bir müqayisəyə sığmadığını bildirmişdir”.

Bəli, 3 il əvvələ qədər Cəmil Həsənlini ermənilərin qənimi kimi təqdim edən hökumət mətbuatı, indi bu ziyalını “dublyor”, “ermənipərəst” adlandırır.  Görünür, öz fəaliyyəti ilə erməniləri məğlub edən adamların “ermənipərəst” adlandırılması ölkəmizin reallığıdır. Ancaq, bu faktdır ki, hakimiyyət müxtəlif dövrlərdə Cəmil Həsənlinin böyüklüyünü etiraf edib.

P.S Qeyd edək ki, “Xalq” qəzeti oxunma sayına görə yalnız “Səs” qəzetin üstələyir. Belə ki, İlham Əliyevlə bağlı yazı “Səs” qəzetində 62, “Xalq” qəzetində isə 92 dəfə oxunub./azadlıq/

1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı