Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Kliçko danışıqlar üçün vasitə təklif edir

Kliçko: AB Ukraynada müxalifət və hakimiyyət arasında aparılan danışıqlarda vasitəçi olmağa hazırdır

Avropa Birliyi Ukraynada siyasi böhranın nizamlanması üçün müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib. “İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə ötən gün Vitali Kliçko Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla keçirdiyi görüşdən sonra bildirib.

“Biz Ukraynadakı vəziyyəti müzakirə etdik. Ən əsas böhranın çözülməsi üçün real addımların atılmasıdır. Mən qeyd etdim ki, parlament, ilk növbədə, 2004-cü ilin konstitusiyasına qayıtmaq barədə akt qəbul etməlidir. Bu ölkədə hakimiyyətin inhisarını aradan götürməyə imkan verəcək”, deyə “UDAR” partiyasının rəhbəri bildirib.

“Prezident Yanukoviçlə danışıqlara gəlincə, xanım Ketrin Eşton Avropanın müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib”, deyə Kliçko bildirib./apa/
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı