Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

İranın iqtisadi missiyası Azərbaycana gələcək

İran qonşu ölkələrlə iqtisadi əlaqələrini daha da gücləndirmək məqsədi ilə yaxın vaxtlarda Azərbaycan və Gürcüstana nümayəndələrini göndərəcək.

«APA-Economics»in «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tehran Ticarət Palatasının sədri Yəhya əl-Eşad bildirib.

Daha əvvəl belə bir nümayəndə heyətini İran Ermənistana göndərib. İndi isə analoji nümayəndə heyətləri Azərbaycan, Gürcüstan və Əfqanıstana göndəriləcək.

Y.əl-Eşadın sözlərinə görə, Tehran Ticarət Palatası bundan başqa Fars körfəzi ölkələri ilə də iqtisadi və siyasi əlaqələrini genişləndirmək niyyətindədir. O əlavə edib ki, bu məqsədlə İran Birləşmiş Ərəb Əmirlikləri, İraq, Bəhreyn, Oman və Qətər kimi ölkələrə müxtəlif nümayəndə heyətləri göndərib.
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı