Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Sızanaqlardan qurtulmanın sadə yolları

Gənclərin qorxulu röyası olan sızanaqlar can sıxıcı hallardan biridir.
Son illərdə təbii üsullarla müalicəyə üstünlük verənlərin sayı da az deyil. Maddə məzmunlu və təsirli metodlardan biri seriumdur.
Bu seriumlar hər yaşda istifadə edilə bilər və sızanaq müalicəsində təbii üsullardan biridir.
Seriumun xüsusiyyəti "qaratut" və "zeytun yarpağında" var. Bu yağ istehsalını azaldır, tənzimləyir, yağları qurudur və sızanaqların meydana gəlməsini önləyir.
Zeytun yarpağında olan "oleonol" dəridəki yağ ifrazını azaldarkən dərinin nəmini qoruyaraq dəriyə yumşaqlıq, parlaqlıq və canlılıq verir.
Bunlar sızanaqların meydana gəlməsini önləyir:
1 - Dərini 2 dəfə (səhər-axşam) təmizləmə köpüyü yada təmizləmə geli ilə təmizləmək;
2 - Antiseptik toniklərlə üz və boyun qisminiə qulluq;
3 - Dərini yağ və nəm tarazlayıcı vasitələrlə nəmləndirmək;
4 - Xarici faktorlara qarşı qoruyucu istifadə etmək; (Həddindən artıq isti və ya soyuq)
5 - Bol maye istifadə etmək. Bura adi və ya mineral su, bitki çayları (İtburnu, ada çayı), mövsümə uyğun təzə sıxılmış meyvə suları aiddir;
6 - Tərkibində qatqı maddələri olan yeməklərdən istifadə etməmək. Şəkər, çox duz, marqarin, inək südü kimi qidalardan uzaq durmaq;
7 - İdmanla məşğul olmaq bədəndən və dəridən toksinləri atmağa kömək edir;
8 - Toz pudra kimi məsamələri tıxayan dərinin nəfəs almasına maneə törədən çoxlu makiyaj daha çox sızanaq meydana gəlməsinə səbəb olar.
Bu baxımdan həddindən artıq makiyaj vasitələrindən istifadə etməmək lazımdır.
1687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<