Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

İki siyasətçinin qarşıdurması bütün çərçivələri aşdı

EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və müavini Ramil Hüseynov arasında söz atışması artıq bir-birini ən ağır ifadələrlə təhqir müstəvisinə keçib. 


E.Quliyevin “Yeni Müsavat”ın son sayında VİP sədrinə və müavininə qarşı “Mən küçə tərbiyəsi görmüş və atasından daha çox qonşusuna bənzəyən birisinə geniş cavab verməyi özümə yaraşdırmıram. Mənim mübarizəm heç Əli Əliyevlə də deyil, Əli Əliyevin və ətrafındakıların xaltasını əlində saxlayanlarladır” ifadələrini işlətməsi qarşı tərəfi daha da qəzəbləndirib. 

Ramil Hüseynov E.Quliyevə cavabını yazılı şəkildə “Yeni Müsavat”a göndərib cavab haqqını tanımağımızı xahiş edib. R.Hüseynov bildirib: “Eldəniz Quliyevin həyatı boyu yaşadığı psixi sarsıntılar onun bizə münasibətdə sərgilədiyi davranışlarda tam əks olunub. Mən onun dediklərinə, özünü belə qeyri-adekvat aparmasına başqa izah tapa bilmirəm. Çünki onun bu hərəkətləri normal səviyyəli insan üçün xarakterik deyil. Bizim haqqımızda dediyi o təhqiredici ifadəyə gəldikdə isə aydındır ki, aşıq gördüyünü çağırar. Eldəniz Quliyev yəqin bir yana çıxanda ailəsini qonşulara tapşırır, yaxud da qonşularının onları şübhəli ziyarətinin çox şahidi olub-ona görə də başına gələnləri özgələrinə yönəltməyə uğursuz cəhd edir. 


Bu adam bizə qarşı işlətdiyi son ifadələri ilə ən aşağılayıcı cavabı haqq edir. Lakin biz çoxlarından fərqli olaraq, ailə tərbiyəsi görmüşük. Ona görə də Eldəniz Quliyevin bu tərbiyəsizliyinə onun tərzində cavab verməyi, onun səviyyəsinə enməyi özümüzə rəva görmürük.

Normal siyasi polemika aparmaq qabiliyyəti olmayan şəxslərə deyilməsi gərəkən çox sözlər olsa da, buna ehtiyac görmürük. Əli Əliyevin “EL hərəkatı Eldar Namazovdan ibarətdir” sözünə qarşı arqumentləşdirilmiş cavab vermək əvəzinə, söyüş leksikonuna əl atan şəxsə nə deyəsən?

Eldəniz Quliyevdən fərqli olaraq, biz söyüş söymürük, normal qaydada sözümüzü deyib, arxasında da dayanırıq".


Əli Əliyev isə APA-da E.Quliyevə kəskin cavab verib: “Mən Milli Şuraya qarşı tək mübarizə aparmışam, buna görə də onlar məndən heyflərini almaq istəyirlər, bunu isə öz tərbiyələrinə uyğun həyata keçirirlər. İndi mən susmalıyam? Kimdir bu Eldəniz Quliyev? 2010-cu ildə bizim ”İnsan Naminə" Seçki Blokunun deputatlığa namizədi olub. Dilənçinin biridir. Həmişə ofisə gəlib, məndən benzin pulu alan adamdır bu. Mən bəzi şeyləri mətbuata deməyi özümə yaraşdırmıram".


E.Quliyev isə deyib ki, Əli Əliyev və onun partiyası özünü müxalifətçi kimi göstərsə də, əslində müxalifətə zərbə vururlar: “Əli Əliyev həmişə Milli Şuraya qarşı kampaniya aparıb. Onun çıxışları, fəaliyyəti, Milli Şura yarananda Əli Əliyevin ona münasibəti, Rüstəm İbrahimbəyova qarşı mövqeyi bunu deməyə əsas verir ki, bu adam Milli Şuraya qarşıdır. Həmçinin, onun ətrafında müəyyən küçə uşaqları yığılıb”.
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi