Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Bu pulları öz idmançılarımız aparsaydı...

Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

Fevralın 7-dən 23-ə qədər Soçidə keçiriləcək. Qış Olimpiya Oyunlarında qalib gələn medalçılar təkcə evlərinə medal aparmayacaqlar. Onların əksəriyyəti həm yaxşı pul qazanacaqlar. Ən çox da Azərbaycanı təmsil edənlər...

"Azadliq" radiosunun qısa araşdırmasına görə, Azərbaycan olimpiya çempionlarına ən çox mükafat vəd edən ölkələrdən biridir. Amma o da var ki, Bakıda budəfəki olimpiadaya o qədər də ümidli deyillər.

Azərbaycanın bu olimpiadada 4 idmançı təmsil edəcək, hamısı da başqa ölkələrin vətəndaşlarıdır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, onlar idmançıların ancaq 10-luğa düşəcəyinə ümidlidirlər.

Beləliklə, ölkələr üzrə olimpiya medallarına verilən mükafatların məbləği:

Azərbaycan:

Qızıl medal - 510 000 ABŞ dolları.
Gümüş medal - 255 000 ABŞ dolları.
Bürünc medal - 130 000 ABŞ dolları.

Ermənistan:

Qızıl medal - 30 000 ABŞ dolları.
Gümüş medal - 20 000 ABŞ dolları.
Bürünc medal - 10 000 ABŞ dolları.

Qazaxıstan:

Qızıl medal - 250 000 ABŞ dolları
Gümüş medal - 150 000 ABŞ dolları
Bürünc medal - 75 000 ABŞ dolları

Belarus:

Qızıl medal - 150 000 ABŞ dolları.
Gümüş medal - 75 000 ABŞ dolları.
Bürünc medal - 50 000 ABŞ dolları.

Ukrayna:

Qızıl medal - 150 000 ABŞ dolları.
Gümüş medal - 75 000 ABŞ dolları.
Bürünc medal - 50 000 ABŞ dolları.

Rusiya:

Qızıl medal - 113 000 ABŞ dolları.
Gümüş medal - 71 000 ABŞ dolları.
Bürünc medal - 42 000 ABŞ dolları.

ABŞ:

Qızıl medal - 25 000 ABŞ dolları.
Gümüş medal - 15 000 ABŞ dolları.
Bürünc medal - 10 000 ABŞ dolları.

Almaniya (Özəl Deutsche Sporthilfe Fondu mükafat verir):

Qızıl medal - 20 000 ABŞ dolları.
2-8-ci yeri tutan idmançılara - 2 000 ABŞ dolları.

Kanada:

Qızıl medal - 9 000 ABŞ dolları.
Gümüş medal - 6 800 ABŞ dolları.
Bürünc medal - 4 500 ABŞ dolları.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber