Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Rusiyada azərbaycanlılara qarşı imzatoplama başladı

Tanınmış müxalifət lideri Aleksey Navalnıy gəlmələrə viza rejimi tətbiq etməyə çağırdı Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıy Azərbaycandan və digər yaxın xarici ölkələrdən olanlar üçün viza rejiminin tətbiqinə çağırıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Navalnıy artıq bu məqsədlə imza toplamağa başlayıb. Müxalifət lideri təşəbbüsünün Dövlət Duması tərəfindən baxılması üçün 100 min imza toplamağa hazırlaşır.

Bu məqsədlə o, Rusiya ictimai təşəbbüsünün saytında yazır ki, miqrantların əksəriyyəti ölkəyə MDB ölkələrindən gəlir. Navalnıy hesab edir ki, Rusiya üçün ən ciddi təhdidi qeyri-leqal miqrasiya yaradır. Onun bildirdiyinə görə, belələrinin sayı 3-5 milyon nəfər arasındadır. Qeyri-leqalların əksəriyyətini Azərbaycan, Özbəkistan, Ermənistan, Tacikistan və Qırğızıstan vətəndaşları təşkil edir: "Qeyri-leqallar asılı vəziyyətdədir, onları ucuz işçi qüvvəsi kimi işlətmək asandır. Həmçinin qeyri-leqal miqrasiya cinayətkarlıq üçün də münbit mühit yaradır. Belə ki, Moskvada törədilən cinayətlərin 50 faizi gəlmələrin payına düşür".

Xəbərə görə, Navalnıy artıq təşəbbüsünün xeyrinə 255 min imza yığıb. Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda azərbaycanlı miqrant O.Zeynalov tərəfindən 25 yaşlı rus gəncinin öldürülməsinə etiraz olaraq yerli millətçilər küçələrə çıxıb. Nəticədə "Pokrovka” topdansatış meyvə-tərəvəz bazası və "Biryuza” ticarət mərkəzinə hücum olub. Gərginlik hələ də davam edir.
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat