Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Deputat “Binə” və “Sədərək”in bağlanmasını istəyir

Cavanşir Paşazadə: «Bəlkə də həmin bazarlarda narkotik maddələr saxlayırlar»

“Bakı kimi bir şəhərdə, ”Sədərək", “Binə” kimi bazarların qurulmasının əleyhinəyəm. Bu qadağa dövlət siyasəti olmalıdır". Bu sözləri “Qafqazinfo”ya müsahibəsində Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. O, daha sonra bildirib ki, istəyir bazar, istəyir başqa yer olsun, iki-üç mindən yuxarı insanı bir yerə yığmaq lazım deyil:

“Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur. Hamısı bu bazarların hesabına. Şıxov tərəfdən şəhərə cəmi bir giriş var. Bu bazarlar da elə orda yerləşir. Ora gedən və qayıdan işçilər hərəsi bir maşındadır. Əlli min insan yığılıb həmin yerə. Orada gedən proseslərə nəzarət oluna bilmir. Bizim dövlətimizi gözü götürməyənlər, içimizdə olan düşmənlər belə yerlərdə özlərinə yuva tapırlar. Əlli min insanın içində özlərinə beş min havadar tapırlar. Bu insanlar iyirmi min insana təsir edirlər”.

Cavanşir Paşazadənin ehtimalına görə həmin bazarlarda narkotik maddələr saxlanılır: “Digər tərəfdən də, siz baxın, ora tez-tez yanır. Yandıqdan sonra isə həmin yerə müdaxilə mümkün olmur. Bəlkə də həmin bazarlarda narkotik maddələr saxlayırlar. Bunu paylamaq, oradan çıxartmaq lazımdır. Bu insanların beyni pozulub. Söhbətin nə olduğunu anlamayanlar belə onlara qoşulurlar. Yığışıb danışırlar, şəklini çəkib başqa yerlərdə nə qədər tərəfdarları olduqlarını göstərirlər. Məncə, ilk növbədə ora ləğv olunmalıdır. Kimsə nəyə görəsə, başqasının hesabına pul qazanmamalıdır. Birdən elə bilərlər ki, mən belə danışmaqla kiminsə bazarının, biznesinin əleyhinəyəm. Ona görə də ”Sədərək" və ya “Binə” olmur, lap adı nə olur olsun, söhbət bugün yaşanan vəziyyətdən gedir. Kiminsə biznes maraqlarına toxunar deyin, mən dövlətimin mövqeyini, mənafəeyini arxa plana keçirə bilmərəm. Getsinlər başqa yerdə pul qazansınlar. Boş yerlər çoxdur. Adam sayı az olan çoxlu obyektlər açsınlar. Camaat paylansın. Bütün müəssisə və təşkilatlarda həqiqi dini dəyərlərimizə hörmət ifadə olunmalıdır. Avropanın hər yerində dini atributlar asılıb.

Biz bir fatihə verməyə utanırıq. Elə deyirik ki, başqasının dini yaxşıdı, bizimki pisdir. Bizim dinin nəyi pisdir? Bayramım bayram, geyimim geyimdir. Sivil şəkildə yaşayırıq. Namazımı da qılıram, orucumu da tuturam. Məndən niyə qorxmalıdırlar? Ilk məsələ mətbuatdır. Bu məsələ mərbuatda həll olunmalıdır. Xalq maariflənməlidir. Televiziyalarda dinlə bağlı verilişlər olmalıdır"./azadlıq/
1430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi